Müdafiə Nazirliyi: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə əsassız müzakirələr aparılır.
Bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.