Azərbaycan ilə Gürcüstan vətəndaşlarının martın 23-dən etibarən iki ölkə arasında gediş-gəliş yalnız “Qırmızı körpü” (“Sınıq körpü”) sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Vətəndaşların gediş-gəliş qaydalarında yenidən dəyişiklik edilib.
Məntəqə saat 10:00-dan 12:00-dək işləyəcək.
Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, iki ölkə arasında tranzit yükdaşımalar bütün sərhəd-keçid məntəqələri vasitəsilə 24 saat ərzində həyata keçirilir.
Sərhəd-keçid məntəqəsindən yalnız Azərbaycan və Gürcüstan vətəndaşları istifadə edə bilərlər.
Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan ilə Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb.
Yeni qaydalara əsasən bu müddət də aprelin 20-dək uzadılıb.