“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib

A- A A+

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, sanitariya-epidemioloji salamatlığın qorunması üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak edən Milli Məclisin deputatlarına şamil edilməyəcək.

Bundan əlavə, qanun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” dəyişdirilərək “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənib.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: