Martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qondarma prezident və parlament seçkiləri ilə bağlı Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohan bəyanat verib.
NUHÇIXAN xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ bölgəsi işğal altında olduğundan burada seçkilərin keçirilməsinin qeyri-qanuni, beynəlxalq norma və prinsiplərə zidd olduğu bildirilir.
Xatırladırıq ki, bu bəyanat Pakistanın “Dispatch News Desk”, “Diplomatic News Agency” xəbər agentlikləri, həmçinin “Islamabad Post” qəzeti və digər KİV-lər tərəfindən yayımlanıb.