Böyük Britaniya Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır

A- A A+

Böyük Britaniya mart ayının 31-də Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır.

NUHÇIXAN xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

XİN-in cavabında, həmçinin qeyd edilib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bir daha təsdiqləyir, bu prosesdə Azərbaycanı və Ermənistanı etimadın yaradılması, eləcə də münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: