Gürcüstan XİN Dağlıq Qarabağda keçirilmiş qanunsuz “seçkilərlə” bağlı bəyanat yayıb

A- A A+

Gürcüstan hökuməti martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri”ni tanımır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Sənəddə qeyd olunur ki, Gürcüstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Bəyanatda deyilir: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin tərəfdarıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: