DSX: Ermənistan ordusu Qazaxda təsərrüfat işləri ilə məşğul olan vətəndaşları atəşə tutub

A- A A+

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, aprelin 1-də saat 12:25-dən başlamaqla Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə zərər vurulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: