Latviya XİN-in rəsmi “Twitter” hesabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament seçkiləri ilə əlaqədar bəyanat yayılıb.
NUHÇIXAN xəbər verir ki, bəyanatda Latviya tərəfinin “Dağlıq Qarabağda keçirilən qondarma prezident və parlament seçkilərini legitim olaraq tanımadığı” bildirilir. Həmçinin Latviyanın “ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam etdiyi” qeyd olunub.