Monteneqro Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyən mövqe nümayiş etdirib.
NUHÇIXAN xəbər verir ki, nazirlik rəsmi “Twitter” səhifəsində bu barədə yazıb. Yazıda bildirilib ki, Monteneqro ATƏT-in Minsk Qrupunun və həmsədrlərinin status-kvonun xaricində və hərtərəfli, davamlı sülh naminə əsaslı danışıqlarda irəliləyişə nail olmaq səylərinə qətiyyətli dəstəyini bir daha bəyan edir. 2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” bu məqsədə xidmət etmir və ya Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə, ya da davam edən danışıqlar prosesinin nəticələrinə təsir edə bilməz.