Azərbaycanın Macarıstana yardımı haqqında material dərc edilib

A- A A+

Daily News Hungary nəşrində Azərbaycanın Macarıstana göstərdiyi humanitar yardım haqqında xəbər dərc edilib (bax: https://dailynewshungary.com/coronavirus-orban-in-talks-with-virus-researchers/).

NUHÇIXAN xəbər verir ki, materialda bu ölkənin Xarici İşlər naziri Peter Siyyartonun öz “Facebook” səhifəsində yazdığı postdan bəhs edilir. Siyyarto COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi günlərdə Azərbaycanın nümayiş etdirdiyi həmrəyliyə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, bu günlərdə Azərbaycanın Macarıstana humanitar köməyi kimi ayrılmış 10 min ədəd respirator maskası bu ölkənin Bakıda səfirliyinə çatdırılıb.

“Facebook” şəbəkəsinin istifadəçiləri nazirin bu postuna yazdıqları şərhlərdə bu çətin günlərdə Macarıstana göstərilmiş köməyə görə Azərbaycana minnətdarlıqlarını bildirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: