Bosniya və Herseqovina XİN Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsini qınayıb

A- A A+

Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib.

NUHÇIXAN xəbər verir ki, Bosniya və Herseqovina Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”in ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında münaqişənin sülh yolu ilə həllini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarına zidd olduğunu hesab edir. Rəsmi Sarayevo beynəlxalq hüququn norma və prinsiplərinin hər hansı bir şəkildə pozulmasını qınayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: