Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Tabor, divizion komandirləri və müavinlərinə əməliyyat-taktiki hesblamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.

Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən göstərici taktiki təlimdə iştirak ediblər.

 

Nəriman Nəcəfov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: