Milli Məclisin bu gün keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək

A- A A+

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iclasın gündəliyinə altı məsələ təklif olunub.

Gündəliyin birinci məsələsi - E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqındadır. Gündəliyin ikinci məsələsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədədir.

Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir.

Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda videohesabatı dinləniləcək. Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər imumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

İclasın gündəliyinə təklif olunan digər dörd məsələ isə bunlardır:

- Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

- Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə (ikinci oxunuş).

- “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

- “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

Məlumatda, həmçinin qeyd olunur ki, yaşı 65 və ondan yuxarı olan deputatlardan karantin rejiminin qaydalarına əməl etmələri xahiş olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: