Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində atəş hazırlığı üzrə məşğələlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hərbi qulluqçular silahların taktiki-texniki xüsusiyyətlərini bilmələri barədə məqbullar verir, onların sökülüb-yığılması üzrə normativləri yerinə yetirir, eləcə də silahla hərəkət bacarıqlarını təkmilləşdirir.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular müvafiq normativlərə uyğun olaraq praktiki təlim atəş çalışmalarını icra edir.