Azərbaycanın Xarici İşlər naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub

A- A A+

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, nazirlər mövcud vəziyyəti və hər iki ölkənin COVID-19-la mübarizə istiqamətində gördüyü tədbirləri müzakirə ediblər. Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılması barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: