Anadolu Agentliyi Türk Şurasının fövqəladə Zirvə görüşü barədə infoqrafika yayıb

A- A A+

Türkiyənin Anadolu Agentliyi Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi ilə bağlı infoqrafika hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, infoqrafikada 2009-cu il oktyabrın 3-də Naxçıvan anlaşması ilə təsis olunan Türk Şurasının fövqəladə Zirvəsinin iştirak tərkibi, qəbul olunan qərarlar və sair barədə ətraflı məlumat verilir. Eləcə də, təşkilatın strukturu və türkdilli ölkələrin birləşdiyi digər beynəlxalq təşkilatlar və onların yaranma tarixi barədə mühüm məqamlar oxuculara çatdırılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xəritələri və dövlət bayraqları infoqrafikada əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: