Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü Özbəkistan KİV-ləri tərəfindən geniş işıqlandırıb - FOTOLAR

A- A A+

Özbəkistanın UzA Milli İnformasiya agentliyi, “Xalq suzi”, “Narodnoe slovo”, “Pravda Vostoka” qəzetləri və xəbər portalları Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü haqqında geniş materiallar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yazılarda Zirvə görüşünü təşkil etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edildiyi vurğulanır. Bildirilir ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə haqqında geniş çıxış edib.

İclasda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Adhanom Qebreyesusun, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun, Macarıstanın Baş Naziri Viktor Orbanın, Türk Şurasının Baş katibi Bağdad Amreyevin çıxışları dinlənilib, onlar öz təkliflərini bildiriblər.

Mətbuat yazır ki, sonda Zirvə görüşünün Yekun Bəyannaməsi qəbul edilib, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünə yekun vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: