Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb.

Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.

Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin  fəaliyyətləri  məşq etdirilir.

İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.

 

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: