Qazaxıstanın Karaqanda şəhəri yaxınlığında döyüş növbətçiliyinə hazırlıq üzrə planlı uçuş əməliyyatını yerinə yetirərkən “MiQ-31” hərbi hava qüvvələri təyyarəsi qəzaya uğrayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin əmrinə əsasən aviasiya qəzasının araşdırılması üzrə komissiya yaradılıb.
Karaqanda yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində iki hərbçi xəsarət alıb.