Azərbaycanın Rusiyadakı səfirliyi ölkə vətəndaşlarına müraciət edib

A- A A+

Yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanıb və bir sıra Azərbaycan vətəndaşı məcburən Rusiya ərazisində qalıblar.

Azərbaycanın Rusiyadakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, həmin vətəndaşların Vətənə qayıdışını təşkil etmək məqsədilə aprelin 18-də www.evegedirem.info portalı fəaliyyətə başlayıb. Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək, elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da onların ölkəmizə qayıtma tarixləri müəyyən edilir.

“Bununla əlaqədar, səfirliyin “qaynar xətti”nə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 2020-ci il aprelin 18-i saat 10:00-dan etibarən səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş şəxsən müvafiq sahələri doldurmalı və sıra nömrəsi almalıdır”, - deyə səfirliyin məlumatında bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: