Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

A- A A+

Aprelin 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

İclasda Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda müzakirə ediblər.

Komitə üzvləri - Jalə Əliyeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan məsələlər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, qanunlara edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Müzakirələrdən sonra təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: