Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası aprelin 24-də keçiriləcək.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, gündəliyə 27 məsələ daxil edilib.
İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi də dinləniləcək.