Naxçıvanda keçirilən komanda-qərargah təlimlərinə erməni mediasında geniş yer verilib

A- A A+

Xəbər verdiyimiz kimi, ötən həftə  Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə işğalçı Ermənistanın “razm.info”, “hayknews.com”, “hayeli.am” və “7or.am” portallarında “Naxçıvanda komanda-qərargah təlimləri keçirilib” sərlövhəli məqalələr yayımlanıb; Naxçıvanda keçirilən komanda-qərargah təlimlərinin Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaratdığı vurğulanır.

Qeyd olunur ki, mürəkkəb relyefli ərazidə tank və ağır artilleriya bölmələrinin, zenit qurğularının praktik atışları, şərti düşmən mövqelərinə aviazərbələrin endirilməsi təlimin əhəmiyyətini təsdiq edən mühüm faktlardır. Keçirilən təlimlərin intensivliyinin Əlahiddə Ümumqoşun Orduya yüksək döyüş təcrübəsi qazandırması işğalçı ölkə ictimaiyyətində ümidsizliklə qarşılanır.

Fotoların yer aldığı məqalələrdə 2020-ci il aprelin 4-də Naxçıvanda artilleriya bölmələri ilə keçirilən gecə şəraitində döyüş atışlı taktiki təlimlərindən də bəhs olunur. Bildirilir ki, keçirilən təlimlərdə yaylım atəşli reaktiv sistemlərindən   istifadə olunması, gecə döyüşləri və taktiki yeniliklər xüsusilə diqqətçəkicidir.

Anar Tağıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: