Mədəni davranış və peşəkarlıq tələblərini pozduğuna görə Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verildi
Ölkə ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.