Türkiyənin “A HABER” kanalı erməni cinayətlərini ifşa edən sənədli veriliş yayımlayıb - FOTOLAR

A- A A+

Türkiyənin nüfuzlu “A HABER” televiziya kanalı erməni silahlı birləşmələrinin ötən əsrin əvvəllərində Anadolunun şərqində müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımından bəhs edən geniş veriliş yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahid ifadələri, tarixi faktlar, arxiv sənədləri əsasında hazırlanan verilişdə erməni vandallarının amansız cinayətlərinin təfərrüatları tamaşaçılara çatdırılıb. Verilişdə, həmçinin türk əhalinin dəfn olunduğu kütləvi məzarlıqlardan çəkilən kadrlar nümayiş olunub.

Qeyd edək ki, arxiv sənədləri əsasında aparılan hesablamalar əsasında erməni silahlı birləşmələrinin ötən əsrin sonunda Anadoluda 500 mindən çox müsəlman-türk əhalini amansızcasına soyqırımına məruz qoyması təsdiqini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: