Yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisin iclasında bildirib.
Azərbaycanın müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçdiyini söyləyən Kamran Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyada qabaqcılı mövqelərdən birini tutub.
Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən K.Əliyev deyib: “Prezident İlham Əliyevin qətiyyətli qərarları ilə koronavirusla mübarizə istiqamətinə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunur”.