Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında koronavirusa yoluxma halı qeydə alınmayıb
Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında koronavirus infeksiyasına yoluxma olmayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 2-də Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə deyib.
Naziri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vaxtında və effektiv verilən göstərişlər sayəsində koronavirus infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısı alınıb: “Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında bu infeksiyaya yoluxma halları qeydə alınmayıb”.