Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqsoyan ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
1988-ci ildə anadan olan Taron Poqosyanın minaya düşərək öldüyü iddia olunur.
O, orduda müqavilə əsasında xidmət edirmiş.
Hadisə ilə bağlı araşdırma aparılır.