Fransa portalı: Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilər beynəlxalq birlik tərəfindən tanınmır - FOTOLAR

A- A A+

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatçıları tərəfindən keçirilən “seçkilər” beynəlxalq birlik tərəfindən tanınmayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Fransanın taurillon.org portalında dərc olunmuş “Dağlıq Qarabağ: “prezident seçkiləri” xəyalları” adlı məqalədə yer alıb.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verilir. Azərbaycan ərazisində erməni separatçılarının keçirdiyi “prezident seçkiləri”nin qeyri-qanuni və əsassız olduğundan söz açılır. Qeyd edilir ki, ayrı-ayrı ölkələr bu qondarma seçkiləri tanımadıqlarını bildiriblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə həll edilməlidir və ATƏT-in Minsk qrupu problemin həlli ilə məşğuldur”, - deyərək ölkəsinin mövqeyini bildirdiyi vurğulanır. Həmçinin Türkiyə və Gürcüstanın da Azərbaycanın mövqeyini dəstəklədikləri diqqətə çatdırılır. Gürcüstan Xarici İşlər Nazirliyinin bu qondarma seçkiləri tanımadığını bildirdiyi qeyd edilir. Türkiyə tərəfinin də bu qondarma seçkilərin beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin kobud şəkildə pozulması olduğunu bildirməsi diqqətə çatdırılır. “Seçkilər”in işğal olunmuş ərazidə keçirilməsi münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri ləngitməyə xidmət edən bir prosesdir. Türkiyə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yönələn bu qanunsuz seçkiləri tanımır.

Avropanın və dünyanın digər ölkələrinin də eyni mövqe tutduğu göstərilir. Avropa İttifaqı, Qoşulmama Hərəkatı, ATƏT kimi beynəlxalq təşkilatların, eləcə də Böyük Britaniya, Almaniya, İtaliya, Çin, İsveçrə, Kanada, Avstraliya, Pakistan, Ukrayna, Finlandiya, Norveç kimi ölkələrin hər birinin eyni fikri – “beynəlxalq hüquqa, eləcə də mövcud siyasi prosesə riayət edilməlidir” fikrini bəyan etdiyi vurğulanır.

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın da ATƏT-in Minsk qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə etdiyi bildirilir. NATO-nun bu “seçkilər”in nəticələrini tanımadığı vurğulanır. Bütün ölkələrin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdıqları diqqətə çatdırılır.

Məqalədə erməni diplomatiyasının bu günə qədər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əməl etmədiyi, qoşunlarını Dağlıq Qarabağdan hələ də çıxarmadığı bildirilir. Qeyd edilir ki, erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan didərgin salınmış on minlərlə azərbaycanlı seçici bu yalançı seçkilərdə iştirak etməyib. Bu gün 700 mindən çox azərbaycanlı öz doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyir. Azərbaycan hesab edir ki, bu əhalinin Dağlıq Qarabağa və onun ətrafındakı digər qonşu rayonlara qayıtması ərazinin son statusu ilə bağlı istənilən seçki prosesi üçün vacib şərtdir.

Məqalədə Azərbaycanda keçirilmiş parlament seçkilərinə də toxunulub. Fransa Senatının Xarici əlaqələr və müdafiə komissiyasının vitse-prezidenti Joel Geryonun Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçirilməsi ilə bağlı fikirləri yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: