Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, telefon danışığı zamanı nazir E.Məmmədyarov rusiyalı həmkarını 9 May - Böyük Vətən müharibəsi Qələbəsinin 75 illiyi münasibətilə təbrik edib.
S.Lavrov da bu əlamətdar gün münasibətilə təbriklərini Azərbaycanın Xarici İşlər nazirinə çatdırıb.
Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələlərini, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.
Nazirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparıblar.