Mayın 9-da Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistanın Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İmformasiya Agentliyi bildirilib ki, nazirlər bir-birini müqəddəs Ramazan ayı, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə təbrik ediblər.
Tərəflər koronavirus böhranı ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat və logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə edilib.
Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxunub, gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə dair razılıq ifadə ediblər.