Ermənistanın baş nazirinin babası faşistlərə xidmət edirmiş - FOTOLAR

A- A A+

Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bir qədər əvvəl Paşinyan babasının fotoşəkilini dərc etdirərək həmin fotonu belə şərh edib: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.

Ermənistan KİV-ləri Böyük Vətən müharibəsi zamanı həlak olmuş və ya itkin düşən şəxslər haqqında məlumatların göstərildiyi Obd-memorial.ru saytında Paşinyanın təqdim etdiyi adam haqqında məlumatları axtarıb və həmin saytdan alınan cavab belə olub:

Doğulduğu tarix - 23.12. 1913.

Doğulduğu yer - Ermənistan SSR, Yenakavan.

Taleyi - düşmənlə əməkdaşlıq edib, həlak olub.

Ölüm tarixi - 29.09.1943.

Saytda almanların uçot sənədi də dərc edilib. (“İRAVUNK” qəzeti).

Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib.

Ermənistan KİV-ləri yazırlar: “Onlardan biri SS sıralarında, digəri SSRİ ordusunda xidmət edib, baş nazirin babası nasistlərin tərəfdarı olmayıb”.

Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: