Pakistanın Strateji Araşdırmalar Mərkəzi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə məqalə dərc edib.
(https://cgss.com.pk/paper/pdf/A-True-Leader-H-E-Hedar-Aliyev.pdf)
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Dünya tarixindən örnək: Həqiqi Lider - Heydər Əlirza oğlu Əliyev” başlıqlı məqalədə mərkəzin direktoru Mehrin Gülün Ulu Öndər haqqında fikirləri geniş yer alıb.
Məqalədə qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi Azərbaycan Respublikasının müasir inkişafında hələ də hiss olunur. Müəllif bildirir ki, Heydər Əliyev ölkəmizin inkişafı və regionda sabitlik üçün yorulmadan mübarizə aparıb. Ərazisinin 20 faizinin işğal edilməsinə, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq Heydər Əliyev Azərbaycanda və bölgədə stabilliyi təmin etməyə nail olub.
Mehrin Gül qeyd edir ki, Heydər Əliyev 1990-cı illərdə hakimiyyətə gələn zaman Azərbaycan iqtisadiyyatı acınacaqlı vəziyyətdə idi. Ümummilli Lider inanırdı ki, bir ölkənin iqtisadiyyatını beynəlxalq aləmdən dəstək olmadan inkişaf etdirmək çox çətindir. Buna görə də o, ilk növbədə beynəlxalq əlaqələrin möhkəmlənməsinə önəm verdi.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, enerji layihələri və sosial islahatlar barədə də ətraflı məlumat verilib.