Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, növbəti iclas mayın 15-də keçiriləcək.
İclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara, Miqrasiya Məcəlləsinə, Vergi Məcəlləsinə dəyişikliklər və digər məsələlər müzakirə edilə bilər.