Nikol Paşinyanın Njdeni nəyə görə əzizləməsinin sirri açıldı - FOTOLAR
Böyük Qələbənin 75 illiyini keçmiş sovet respublikalarında müxtəlif şəkildə qeyd ediblər. İndi müstəqil dövlətlər olan, vaxtilə SSRİ-nin tərkibinə daxil olmuş və faşizmə qarşı çiyin-çiyinə döyüşmüş bu respublikaların əksəriyyəti bizim hamımız üçün müqəddəs olan bu əlamətdar gündə Vətənin nasist döyüşçülərdən azad edilməsi uğrunda həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Heç də təəccüblü deyil ki, Ermənistan bu dəfə də fərqlənib.
Bütün sivil dünya torpaqların işğaldan azad olunmasını qeyd etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan əksinə, Azərbaycanın Şuşa şəhərinin işğal olunmasının ildönümünü qeyd etmək üçün oraya uçub. Hitlerin öz qoşunlarını Moskvaya yeritmək və orada parad keçirmək niyyəti baş tutmamışdı. Erməni işğalçıların maşınlarıisə hələlik Şuşa küçələrində şütüyür, amma Paşinyanın kabinetində heç şübhə etməsinlər: bu işğalın da sonu yetişəcək, Cıdır düzündə, Xankəndində və Qazaxdan başlamış Zəngilana qədər bütün dövlət sərhədi boyunca Azərbaycan bayrağı qaldırılacaq.
Lakin çox maraqlıdır ki, faşizm üzərində Qələbə Günündə Nikol Paşinyan bizim babalarımız tərəfindən darmadağın edilənlərin – faşistlərin yaltaq quyruqbulayanlarının, polislərin, satqınların, cəlladların, legionerlərin xatirəsini yad edib.
Hitlerin sevimlisi, Vermaxtın tərkibində Erməni Legionunun rəhbəri Qaregin Njdeni Paşinyanın necə canfəşanlıqla müdafiə etməsi hamımızın yadındadır. İndi Njdenin heykəli 1828-ci ildən Azərbaycanın qədim şəhəri İrəvanı “bəzəyir” (xatırladaq ki, İrəvan şəhəri 1501-ci ildə Azərbaycan şahı İsmayıl Səfəvinin əmri ilə salınıb. Şah İsmayıl öz vəziri Rəvanqulu xana tapşırmışdı ki, Zəngi çayının sahilində bir qala ucaltsın. Vəzir növbəti yeddi il ərzində bu tapşırığı yerinə yetirib, İr-Rəvan adı da buradan yaranıb). Qaregin Njde Hitlerin tərəfində, sovet xalqına qarşı döyüşmüş satqın olub və bu fakt heç kəs üçün sirr deyil.
Analitiklər uzun müddət baş aça bilmirdilər: Nikol Paşinyan bu faşist lakeyini nəyə görə bu qədər xoşlayır?
Məlum olub ki, bunu səbəbi çox sadə imiş. İş burasındadır ki, gələcək “inqilabçı”, Ermənistanın indiki baş naziri doğma babasının şərəfinə belə adlandırılıb. Onun babası Nikol Vardanoviç Paşinyan 1913-cü il dekabrın 23-də Karvansara qəzasının Yenukavan kəndində doğulub (Azərbaycanın Qazax qəzasının qərbində yerləşən bu hissə sonradan Azərbaycandan alınıb Ermənistana verilib və ermənilər oranı İcevan rayonu adlandırıblar), Böyük Vətən müharibəsinin əvvəlində Qızıl Ordu sıralarına çağırılıb. Lakin fürsət yaranan kimi ermənilərin qədim ənənələrinə sadiq qalaraq əsla tərəddüd etmədən qaçıb faşistlər tərəfə keçib və ona başqalarından bir qədər çox çörək, yağ, tünd şnaps (alman arağı) verən tərəfin xeyrinə vuruşub. Bir sözlə, əsl erməni kimi hərəkət edib...
Onun necə vuruşması barədə susurlar. Lakin əvvəlki müharibə illərində onun həmqəbilələri – erməni banditləri Şərqi Anadoluda hücuma keçən rus əsgərlərinin arxasında gizlənərək qarətlər və zorakılıq törətmək üçün müsəlman kəndlərinə soxulduqları kimi, Nikol Vardanoviç Paşinyanın da öz yoldaşlarının arxasında gizlənərək “döyüşdüyü” məlum olsa, təəccüblənmərik.
Dəqiq məlum olan budur ki, Ermənistanın indiki baş nazirinin babası Ukraynanın bugünkü Jitomir vilayəti sovet ordusu tərəfindən faşistlərdən azad ediləndən ilyarım əvvəl, yəni 1943-cü il sentyabrın 29-da bu vilayətin Zvyaqel kəndində haqlı olaraq məhv edilib. Sovet qoşunları yaxınlaşdıqca oradakı partizan dəstələrinin və gizli qrupların fəallığı artırdı. Buna görə istisna edilmir ki, hitlerçi-njdeçi Nikol Paşinyan məhz xalq könüllü dəstələrinin belə cəsarətli müqavimət əməliyyatlarından birində məhv edilib. Bu da məlumdur ki, Jitomir vilayətində yəhudi əhalini kütləvi şəkildə qırıblar. Bu iş əsasən SS polislərinə və digər murdar ünsürlərə tapşırılırdı. Ermənistanın indiki baş nazirinin babasının da məhz bu yolla çörəkpulu qazandığını bilsək təəccüblənməyək.
Paşinyan şəcərəsinin bu qəribə təfsilatı ictimaiyyət üçün üzə çıxanda kiçik Kolyan (yenə də erməni mif yaradıcılığının “ən yaxşı” ənənələri ruhunda) əlüstü “iki Nikol Paşinyan” haqqında nağıl uydurub. Həmin iki Paşinyandan biri həqiqətən satqın olub (bunu necə gizlədəsən, axı müvafiq arxiv sənədi dərc edilib), o birisi, yəni baş nazirin “doğma babası” isə guya “Vətən uğrunda, Stalin uğrunda” döyüşüb.
Amma qəribədir – Paşinyanın babası barədə “təmiz” arxiv sənədləri tapılmayıb. Satqının sənədləri var, qəhrəmanın sənədləri isə, nədənsə, yoxdur.
Belə yerdə nə deyəsən! Dostlar, əgər baş nazirin öz doğma satqın babasından imtina etməyə yöndəmsiz cəhdlərinə erməni ekspertlər özləri gülürlərsə, biz nə danışaq!
İkinci Dünya Müharibəsi cəbhələrində neçə Nikol Paşinyan vuruşduğunu dəqiq deyə bilmərik. Onlar iki nəfər də ola bilər, iki yüz iyimi iki nəfər də. Lakin onların hər ikisinin eyni gündə, eyni ucqar dağ kəndində doğulması, hər ikisinin atasının adının “Vardan” olması, sonra isə hər ikisinin eyni gündə dünyadan köçməsi ağlasığmazdır. Belə bir nağılla müqayisədə hətta “yaşı Romadan qədim” olan Yerevan haqqında mif də həqiqətə daha çox oxşayır...
Nəhayət, məhv edilmiş satqının fotoşəkli... Bugünkü baş nazir ilə onun zahiri oxşarlığı göz qabağındadır.
Buna görə də əsla təəccüblü deyil ki, Ermənistanın baş nazirinin mətbuat xidməti RF prezidenti Vladimir Putinin adına göndərilmiş təbriki Böyük Vətən müharibəsinin qurtarmasının ildönümü münasibətilə yox, əslində 1945-ci il sentyabrın 2-də başa çatmış İkinci Dünya müharibəsinin qurtarmasının ildönümü münasibətilə təbrik adlandırıb.
Elə düşünürsünüz ki, baş nazir və ya onun aparatı yanılıb? Əsla yox! Bu müharibə Paşinyanlar sülaləsi üçün Böyük Vətən müharibəsi yox, həqiqətən İkinci Dünya müharibəsi - onların uduzduğu müharibə idi.
Beləliklə, Nikol Vovayeviç, vaxt itirməyin, babanıza onun birbaşa komandiri olmuş Qaregin Njdenin monumenti ilə yanaşı heykəl qoyun. Dəqiq bilin, bal ilə dolu çəlləyə nəinki bir qaşıq, hətta iki qaşıq qatran əlavə edilməklə onun dadı dəyişməyəcək.