DSX: Düşmən Qazaxda yaşayış evlərini, hərbi və mülki nəqliyyat vasitələrini atəşə tutub

A- A A+

Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mayın 13-də saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistan silahlı qüvvələrinin İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Bir neçə yaşayış evinin damına zərər dəyib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: