Ermənistan ordusunun leytenantı və kiçik çavuşu əsgər Sasun Marqaryanın qətli üzrə cinayətlə əlaqədar saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Qeyd edək ki, mayın 10-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində 19 yaşlı hərbçi Sasun Markaryan naməlum şəraitdə ölüb.
Tabeliyində olan hərbçiyə qarşı zor tətbiqində şübhəli bilinən leytenant və tabeliyində olan əsgəri özünü öldürmə həddinə çatdırma faktı üzrə kiçik çavuş saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.