Polis Ermənistan hökumətinin binasını mühafizə altına alıb

420

Ermənistan polisinin qüvvələri Yerevan hökumətinin binasını və sabiq baş nazir Serj Sarkisyanın başçılıq etdiyi hakim Respublika partiyasının mərkəzi ofisini mühafizə altına alıb.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət binasının və onunla üzbəüz yerləşən ofisin ətrafına polisin xüsusi texnikası yeridilib. Bu gün səhər Ermənistan müxalifət hərəkatının lideri Nikol Paşinyanın çağırışı ilə mövcud hakimiyyətə qarşı etiraz aksiyaları bərpa olunub, insanlar Yerevanın əsas yollarını bağlamağa başlayıblar.

Çərşənbə günü səhər saatlarında Paşinyanın Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları olmalı idi. Lakin danışıqlar baş tutmayıb.

Paşinyanın sözlərinə görə, nə qədər ki, hökumətə hakim Respublika partiyasının nümayəndələri başçılıq edir, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə imkan verməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: