Naxçıvan Qarnizonu Qoşunlarında keçiriləcək komanda-qərargah təlimləri ermənilərdə təşviş yaradır - FOTOLAR

A- A A+

Xəbər verdiyimiz kimi, Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında keçiriləcək komanda-qərargah təlimləri Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaradıb. Belə ki, işğalçı Ermənistanın razm.info, 168.am, tert.am, 1in.am, lragir.am, aravot.am, yerevan.today və hayeli.am saytlarında "Azərbaycan Naxçıvanda təlimlər keçirəcək" sərlövhəli məqalələr yayımlanıb.

Qeyd olunur ki, Naxçıvan Qarnizonu Qoşunlarında müasir silah və texnikaların iştirakı ilə silsilə təlimlər keçirilir. Bu dəfəki komanda-qərargah təliminə xüsusi qoşun növlərinin birləşmələri də cəlb ediləcək.

Anar Tağıyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: