Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib - FOTOLAR

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) növbəti layihəsi ilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərkəzin “Vikipediya” könüllüləri tərəfindən yaradılan bölmədə Laçın rayonunun tarixi, maddi mədəni irsi, tarixi, memarlıq abidələri, muzeyləri, rayonun tanınmış şəxsiyyətləri və s. məlumatlar öz əksini tapıb.

Laçın rayonu dünyada ən nadir ağac sayılan qırmızı dəmirağacı meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, dərman bitkiləri ilə zəngindir.

Bölmədə rayonun 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunur. Səhifədə Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər vurulduğu, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələrinin talan edildiyi vurğulanır.

Rayon ərazisində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalması da qeyd edilir.

“Wikipedia”da Laçın rayonu haqqında yaradılan özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.

Qeyd edək ki, AMM AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri ilə əlaqəli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: