Macarıstanın ingilisdilli populyar “Daily News Hungary” nəşrində Avropa ictimaiyyətini Ermənistanın indiki baş nazirinin babası, “igid” faşist polisi Nikol Vartanoviş Paşinyanın sərgüzəştləri haqqında məlumatlandıran məqalə dərc edilib (bax: https://dailynewshungary.com/news_to_go/collaboration-of-nikol-pashinyans-grandfather-with-fascists-revealed/).
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk dəqiqələrdən çox böyük baxış sayı toplayan məqalədə Ermənistan hökumətinin başçısının babasının qaranlıq keçmişini ifşa edən arxiv məlumatlarına istinad edilir.
Xatırladaq ki, Ermənistanın baş naziri öz babasının faşist cəza dəstəsində xidmət etməsi faktını təkzib etməyə çalışıb, ancaq bunu o qədər yöndəmsiz, inandırıcı olmayan formada edib ki, erməni bloqerlər özləri şəxsi jurnalist araşdırması aparmağı qərara alıb və kollaborasionisti ifşa ediblər. Ermənistan hökumətinin başçısı həm də ona görə pis vəziyyətə düşüb ki, o, faşistlərin əlaltıları olmuş Njde ləqəbli Qaregin Ter-Artünyanı və Dro ləqəbli Drastamat Kanayanı xüsusi canfəşanlıqla müdafiə edirdi (və hələ də müdafiə edir). Təkcə bu fakt müəyyən şübhələr doğurur. Axı, Böyük Vətən müharibəsinin şanlı veteranının nəvəsi onun doğma babasına qarşı vuruşmuş faşist əlaltıları haqqında yüksək fikirdə olduğunu deyə bilməzdi. Nə isə uyğunsuzluq alınır.
Elədir ki, var! Sən demə, nəvə Nikol Paşinyan faşist tör-töküntülərinin tərifini ona görə göylərə qaldırır ki, onlar onun doğma babasının bilavasitə komandiri olublar. Bu da təsadüfi deyil ki, isterikaya düşmüş nəvə Nikol Paşinyan Azərbaycan xalqının böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin guya onun babasının ağaları ilə əməkdaşlıq etməsi haqqında feyk-xəbərlər yaymağa başlayıb. Lakin tarixçilər tezliklə bu yalanı ifşa edərək göstəriblər ki, Rəsulzadə nəinki öz xalqına qarşı vuruşmayıb, ümumiyyətlə nasistlərlə əməkdaşlıq etməyib, əməkdaşlıq haqqında təklifi rədd edib və bu, onun üçün baş ucalığıdır!
Bütün bunlar artıq MDB ölkələrinin ictimaiyyətinə məlumdur. Və indi dünya ictimaiyyətinin növbəsi yetişib ki, onlar da nasizmin Yerevandakı tərəfdarlarının əsl mahiyyətini bilsinlər.
“Daily News Hungary” nəşrində dərc edilmiş məqalə Avropaya həqiqətin pəncərəsi açacaq. Bu pəncərə birincidir, amma yəqin ki, sonuncu olmayacaq.