Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə iki tərəfli komanda-qərargah təlimi davam edir. Təlimin rəhbəri, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev tərəfindən təlimə əlavə qüvvələrin cəlb edilməsi ilə əməliyyat şəraiti qərargahlar üçün daha da mürəkkəbləşdirilib.

Komanda məntəqələri arasında informasiya mübadiləsinin bütün növ rabitə vasitələrinin kompleks tətbiqi ilə təmin edildiyi təlimdə rabitə vasitələrinin aktiv radioelektron mübarizə şəraitində istismarı sınaqdan keçirilir.

Qarşı qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələri yerdəyişməni, kəşfiyyat və xüsusi təyinatlı bölmələr isə cəmləşmə və açılma rayonlarında diversiya-təxribat xarakterli fəaliyyətləri icra edirlər.

Güc və qüvvələrin bir istiqamətdən digərinə küçürülməsi zamanı qoşunların təhlükəsiz hərəkəti komendant xidməti tərəfindən təmin edilir, bölmələrin manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılır.

Komanda-qərargah təlimi mayın 22-dək davam edəcək.

 

 

 Nəriman Nəcəfov 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: