NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Ximenez 2020-ci ilin 28 may tarixinin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb. Sənəddə ilk olaraq Mayami-Deyd şəhərinin fərdlər və təşkilatların multimədəniyyət müxtəlifliyinə töhfəsini tanımağa səy göstərdiyi bildirilir. Belə ki, Amerikada yaşayan Azərbaycanlıların Floridada fəal iştirakı vurğulanaraq, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edir.
K.Ximenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd etdiyini, o cümlədən bu etnik icmanı təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu vurğulayıb.
Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilir.
Mer Ximenez 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırış edib.