Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mer Veysman Bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs edir.
E.Veysman mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.