Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı Krala və bütün İordaniya xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını və təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Kralı II Abdullah ibn Al Hüseynə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyib.