Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu” adı uğrunda yarışlar keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu”  adı uğrunda yarışlar keçirilib.

Yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

 

                                                                             Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: