İtaliya mətbuatı Bakıdakı hərbi paraddan yazıb

A- A A+

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Bakıda hərbi paradda Türkiyə istehsalı olan Som-B1 raketi nümayiş etdirilib” sərlövhəli məqalə yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan ilə Türkiyənin müdafiə sahəsində sıx əməkdaşlığından və qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın və Türkiyənin müdafiə naziri Nurettin Caniklinin hərbi paradda iştirakından söz açılıb.

Yazıda Bakıda hərbi paradda Som-B1 raketinin nümayişinin tarixdə unikal bir hadisə olduğu qeyd edilir. Bildirilir ki, Türkiyənin müdafiə şirkəti “Roketsan” tərəfindən istehsal edilən quru və dənizdəki hədəfləri məhv etmək üçün hazırlanan Som-B1 raketi 230 kiloqram döyüş mərmisinə sahibdir. Raket 250 kilometrdəki hədəfi məhv etmək bacarığına malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: