Bosniya və Herseqovina mətbuatı müsəlman Şərqindəki ilk respublikadan yazıb

A- A A+

Bosniya və Herseqovinanın FENA xəbər agentliyi müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məqalə dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olduğu bildirilib. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. Məhz bu dövlət şərq aləmində ilk dəfə qadına seçki hüququ verib.

Qeyd olunub ki, “İstiqlal Bəyannaməsi”nin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir. 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

1993-cü ildən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf tarixinə qədəm qoymuş Azərbaycan hazırda Prezident İlham Əliyevin müdrik siyasəti ilə nəinki regionda, həm də dünyada öz vacib yerini qorumaqda davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: