Tallinndəki Azadlıq meydanı dövlət bayrağımızın rənglərinə boyanıb - FOTOLAR

A- A A+

Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə paytaxt Tallinndəki Azadlıq meydanı (Vabaduse väljak) dövlət bayrağımızın rənglərinə boyanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Estoniyadakı Səfirliyinin təşəbbüsü və Tallinn şəhər Meriyasının dəstəyi ilə Azadlıq meydanının fənərləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Qeyd edək ki, ötən ildən etibarən Tallinn şəhərinin Azadlıq meydanının Respublika Günündə Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənəyə çevrilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: