Tacikistanda Respublika Günü ilə bağlı məqalə çap edilib

A- A A+

Tacikistanın avesta.tj portalında 28 May – Respublika Günü ilə bağlı rus dilində məqalə çap olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən Tiflis şəhərində Müstəqillik Aktı qəbul edildiyi və bununla da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldığı diqqətə çatdırılır. İyunun 16-da Milli Şura Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin Gəncə şəhərinə köçürüldüyünü elan edir.

Materialda bildirilir ki, həmin il dekabrın 7-də Şərqdə ilk parlament təsis olunub. 1920-ci il yanvarın 11-də AXC faktiki olaraq Paris Sülh Konfransı tərəfindən tanınıb və dünyanın 20 ölkəsi ilə əlaqələr qurub.

Yazıda AXC-nin 1920-ci il aprelin 28-də süquta uğradığı qeyd edilir. Vurğulanır ki, xalqın iradəsi ilə 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunub. Müstəqil Azərbaycan AXC-nin varisi olduğunu bildirib, onun bayrağını, gerbini və himnini qəbul edib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə əldə olunan uğurlara xüsusi yer ayrılıb. Yazıda Azərbaycanın neft strategiyası haqqında məlumat verilir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri haqqında söhbət açılır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: